Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev Azərbaycana səfər edəcək.
Qaynarinfo TASS-a istinadən xəbər verir ki, bu barədə Təhlükəsizlik Şurası aparatında məlumat verilib.
Səfər sentyabrın 4-də baş tutacaq. Patruşevin təhlükəsizlik məsələləri üzrə Rusiya-Azərbaycan görüşündə iştirak etmək üçün Bakıya gələcəyi bildirilir.
Bakıda onun müvafiq qurumlarda yüksək səviyyəli görüşlər keçirəcəyi gözlənilir.
Şərhlər