Sankt-Peterburq və Leninqrad bölgəsinin Daxili İşlər Nazirliyinin Baş İdarəsi 23 yanvar tarixində Sankt-Peterburqun mərkəzində avtomobillərin və piyadaların hərəkətinə maneə törətmə faktı ilə əlaqədar cinayət işi başladığını elan edib.
Qaynarinfo xəbər verir ki, istintaqa görə, cinayət 9:30-dan 17:00-dək törədilib.
DİN-ə görə, bəzi insanlar avtomobil yoluna girərək insanların təhlükəsizliyinə təhlükə yaradıblar. Cinayətin iştirakçıları müəyyən edilir.
Xatırladaq ki, 23 yanvarda Navalnının azad edilməsi tələbiylə keçirilən etiraz aksiyaları bütün Rusiyanı bürüyüb. Kütləviliyinə görə, Sankt-Peterburqda keçirilən aksiya xüsusilə seçilib.
Alpər
Şərhlər