Xəbər lenti

Britaniyada 30 minə yaxın insan qan köçürmə nəticəsində HİV və hepatitə yoluxub
Dünya 21:04 21.05.2024

Britaniyada 30 minə yaxın insan qan köçürmə nəticəsində HİV və hepatitə yoluxub

Böyük Britaniyada Birləşmiş Krallığın Milli Səhiyyə Xidməti ilə bağlı hökumət araşdırması başa çatıb. Araşdırma 1970-1980-ci illərə aiddir, o zaman qan plazması və yoluxmuş donorlardan qan çökürmə nəticəsində 30 minə yaxın insan HİV və hepatit C-yə yoluxub. Onlardan 3 minə yaxını dünyasını dəyişib. 

Qaynarinfo xəbər verir ki, mayın 20-də ictimaiyyətə açıqlanan araşdırmanın nəticələrində keçmiş səhiyyə naziri Ken Klark, 1979-1990-cı illərdə Böyük Britaniyanın baş naziri olmuş Marqaret Tetçer və qanköçürməyə cavabdeh olan professor Artur Blum tənqid olunur

Dərc edilmiş hesabata görə, 1970-1980-ci illərdə qan köçürməyə məruz qalan Böyük Britaniya sakinlərinin donorları bəzi hallarda ABŞ-dan olan məhbuslar və narkotik aludəçiləri olub. Biomaterialda virusların olub-olmaması sınaqdan keçirilməyib. 

Araşdırma beş il davam edib və ona Ali Məhkəmənin keçmiş hakimi Brayan Lanqstaff rəhbərlik edib. Xəstələrin yoluxmasında Milli Səhiyyə Xidməti və İngiltərə hökuməti günahlandırılıb. Lanqstaffın sözlərinə görə, ölkə hakimiyyəti fəlakətin miqyası barədə uzun müddət susub. 

Araşdırmanın nəticəsi: bir çox Britaniya hökumətinin rəsmiləri çox güman ki, nə baş verdiyini bilirdilər və sistematik şəkildə infeksiya və sui-istifadə sübutlarını məhv edir, problemi inkar edirdilər.

Böyük Britaniyanın baş naziri Rişi Sunak 1970-1980-ci illərdə qanköçürmə yolu ilə HİV və hepatit C-yə kütləvi yoluxmalara görə səlahiyyətlilər adından xalqdan üzr istəyib. Sunak hesabatın dərc olunma gününü "utanc günü” adlandırıb.

"Biz yoluxmuş və bu qalmaqaldan təsirlənənlərə təzminat ödəyəcəyik... Bu sxemi həyata keçirmək nə qədər xərc tələb etsə də, biz ödəyəcəyik",  deyə Sunak brifinqdə bildirib. 

Qeyd olunur ki, hökumətin araşdırması cinayət təqibi üçün əsas ola bilməz. Bununla belə, hakimiyyət zərərçəkənlərə və onların ailələrinə təzminat ödəyəcəyini vəd edib və bir çoxları artıq ödənişləri alıblar.

Əslində, araşdırma ədaləti bərpa etmək və insanlara kompensasiya verilməməsinin qarşısını almaq üçün aparılıb. Kompensasiyanın ödənilməsi baş nazir Sunak üçün ciddi problemə çevrilə bilər. Britaniya mediası bu rəqəmin 10 milyard funt-sterlinq olduğunu bildirib.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->