Xəbər lenti

Sumqayıtda ana üç uşağını və özünü zəhərlədi
Ölkə 21:42 21.05.2024

Sumqayıtda ana üç uşağını və özünü zəhərlədi

Sumqayıtda üçü uşaq olmaqla bir ailənin dörd üzvü zəhərlənib.


APA xəbər verir ki, hadisə şəhərin 13-cü mikrorayon ərazisində qeydə alınıb.


Belə ki, 1988-ci il təvəllüdlü İsgəndərova Sevgül Əllədin qızı yaşadığı mənzildə dərman vasitəsi ilə üç uşağını zəhərləyib.


Daha sonra o özü də həmin həbləri qəbul edərək zəhərlənib.


Zəhərlənən uşaqlar, 2017-ci il təvəllüdlü Y.N.Süleymanov, 2007-ci il təvəllüdlü N.N.Süleymanova və 2016-ci il təvəllüdlü N.N.Süleymanov o cümlədən anası S.İsgəndərova Kliniki Tibbi Mərkəzin Toksikologiya Şöbəsinə yerləşdiriliblər.


Ananın vəziyyəti qənaətbəxş olsa da azyaşlılar xəstəxananın reanimasiya şöbəsinə yerləşdiriliblər.


Faktla bağlı araşadırma aparılır.



Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->