Xəbər lenti

Putin yeni hərbi elita formalaşdırır - Ukrayna cəbhəsində nə dəyişəcək? (ŞƏRH)
Dünya 21:20 21.05.2024

Putin yeni hərbi elita formalaşdırır - Ukrayna cəbhəsində nə dəyişəcək? (ŞƏRH)

"Siyasətçi və hərbçilərin texnokratlarla əvəzlənməsinin əsas hədəfi Müdafiə Nazirliyində mövcud olan korrupsiya şəbəkəsinin ləğvinə nail olmaqdır”.
 
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Natiq Miri Rusiya prezidenti Vladimir Putinin Yuri Sadovenkonu müdafiə nazirinin müavinini vəzifəsindən azad etməsi və yerinə Hesablama Palatasının auditoru Oleq Savelyevi təyin etməsinə münasibət bildirərkən deyib.

”Yeni müdafiə naziri Belausov buna qədər baş nazirin müavini vəzifəsində çalışıb və ən azından Rusiya iqtisadiyyatını müharibə relsinə salan şəxs kimi tanınır. Yəni Belausov siyasət adamından daha çox texnokratdır. Məhz, texnokratlar vasitəsilə Putin sözün əsl mənasında Rusiya iqtisadiyyatını və müdafiə sənayesini yenidən bərpa edə və müharibə relsinə sala bildi. Müdafiə nazirinin müavini təyin olunan Oleq Savelyev də texnokratdır. Bu da o anlama gəlir ki, sözügedən nazirlikdə texnokratlar söz sahibi olacaqlar”, deyə plitoloq bildirib.
 


Natiq Miri qeyd edib ki, siyasətçi və hərbçilərin texnokratlarla əvəzlənməsinin əsas hədəfi Müdafiə Nazirliyində mövcud olan korrupsiya şəbəkəsinin ləğvinə nail olmaqdır:

”Ona görə də Sergey Şoyqu çıxarıldı. Ardınca nazirlikdə ciddi təmizləmə işlərinə başlanılıb. Bu prosesə də Şoyqunun müavininin həbsilə start verildi”. 

Ekspert düşünür ki, bu mənada sözügedən nazirlikdə başlanan proses davamlı olacaq:
 
"Müdafiə Nazirliyindəki hərbçilər daha çox texnokratlarla əvəzlənəcək. Belə addımlarla nazirliyi korrupsiya girdabından təmizləməyi düşünürlər. Eyni zamanda, nazirliyin idarə edilməsi və büdcə yeyintisinin qarşısını almağa hesablanıb. Bu da təbii ki, ordunun təchizatında ciddi rol oynayacaq. Fikrimcə əsas hədəf budur. Çünki bu addımlar atılsa və konkret nəticələr əldə olunarsa, hərbi nəticələr də əldə olunacaq. Bütün bunlar böyük bir təhlil nəticəsində ortaya çıxıb”. 

Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin Yuri Sadovenkonu müdafiə nazirinin müavinini vəzifəsindən azad edib. Bu barədə Rusiya dövlət başçısı fərman imzalayıb. Prezidentin digər fərmanı ilə Hesablama Palatasının auditoru Oleq Savelyev müdafiə nazirinin müavini təyin edilib. 

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->