Dünya 11:56 02.10.2023

Polşa Ukraynanı Almaniyaya etibar etməməyə çağırdı: “Almanlar həmişə ruslarla...”

Polşanın baş naziri Mateusz Morawiecki bir daha Kiyevə ölkəsinin ukraynalılara göstərdiyi yardımı xatırladıb və onu minnətdar olmağa çağırıb. 

Qaynarinfo xəbər verir ki, siyasətçi həmçinin Ukrayna hakimiyyətinə Almaniya ilə əməkdaşlıqla bağlı xəbərdarlıq edib.

"Mən başa düşürəm ki, o (Ukrayna prezidenti Vladimir Zelenski - red) indi Almaniya ilə sıx ittifaq quracağını düşünür", - "Dziennik Gazeta Prawna" qəzetinə https://www.gazetaprawna.pl/ görə Moravetski deyib. Polşa baş nazirinin sözlərinə görə, "almanlar həmişə Mərkəzi Avropa dövlətlərinin köməyi ilə ruslarla qarşılıqlı anlaşmaya nail olmaq istəyəcəklər”.

Moravetski Polşa və Almaniyanın Ukrayna ilə bağlı hərəkətlərini müqayisə edib: 
"Biz ən çox almanların mühasirədə olan Kiyevə 5 min dəbilqə göndərmək istədiyi anda kömək etdik”. Siyasətçi həmçinin ölkəsinin "bir neçə milyon ukraynalını öz damı altında qəbul etdiyi”ni də xatırladıb.

Eyni zamanda, Moravetski vurğulayıb ki, Varşava "Polşa kənd təsərrüfatını Ukrayna kənd təsərrüfatı oliqarxlarından qoruyacaq”.

Alpər