Xəbər lenti

Premyer Liqa:
İdman 19:47 28.04.2024

Premyer Liqa: "Neftçi" "Turan Tovuz"u məğlub edib

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXXII turun daha bir oyunu keçirilib.

"Report"un məlumatına görə, günün ikinci matçında "Neftçi" "Turan Tovuz"u qəbul edib.

Qarşılaşma "ağ-qaralar"ın qələbəsi ilə yekunlaşıb - 3:0.

15-ci dəqiqədə Filip Ozobiç hesabı açıb. 31-ci dəqiqədə Yuri Matias, 70-ci dəqiqədə Rəhman Hacıyev penaltini dəqiq yerinə yetirib. 62-ci dəqiqədə qonaqlardan Bruno Qonçalveş birbaşa qırmızı vərəqə aldığı üçün meydandan qovulub.

Qələbə sayəsində xallarının sayını 50-yə çatdıran paytaxt klubu ikinci pilləyə yüksəlib. Tovuz klubu 42 xalla yeddincidir.

Qeyd edək ki, günün ilk matçında "Kəpəz" səfərdə "Qəbələ"yə qalib gəlib - 1:0. Bu gün "Sumqayıt" "Qarabağ"ı qəbul edəcək. Tura aprelin 29-da "Zirə" - "Araz-Naxçıvan" görüşü ilə yekun vurulacaq. Ötən gün "Sabah" "Səbail"i iki cavabsız qolla üstələyib.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->