Xəbər lenti

Premyer Liqa: Qərb derbisində
İdman 19:13 18.08.2023

Premyer Liqa: Qərb derbisində "Turan Tovuz" qələbə qazandı

Futbol üzrə Azərbaycan Premyer Liqasında III tura start verilib.

Qaynarinfo xəbər verir ki, Qərb derbisində "Kəpəz" Turan Tovuz"u qəbul edib.

Gəncə şəhər stadionunda baş tutan qarşılaşma qonaqların 2:0 hesablı qələbəsi ilə bitib. Komandanın heyətində 18-ci dəqiqədə Martin Petkov, 21-ci dəqiqədə isə Belajdi Pusi fərqlənib.

Tovuz klubu bu nəticədən sonra 6-cı xalını qazanıb və lider "Zirə"yə çatıb. "Kəpəz" isə 3 xalla altıncı sıradadır.

Qeyd edək ki, III turun "Qəbələ" - "Sumqayıt" və "Səbail" - "Zirə" oyunları avqustun 19-da, "Qarabağ" - "Araz-Naxçıvan", "Sabah" - "Neftçi" görüşləri isə avqustun 20-də keçiriləcək.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->