Xəbər lenti

Premyer Liqa:
İdman 16:06 25.11.2023

Premyer Liqa: "Səbail" - "Kəpəz" oyununda "sülh"

Futbol üzrə Azərbaycan Premyer Liqasında XIV turun daha bir oyunu keçirilib.

Qaynarinfo xəbər verir ki, günün ilk matçında "Səbail" "Kəpəz"i qəbul edib.

"ASCO Arena”dakı qarşılaşma qolsuz bərabərliklə başa çatıb. Bu nəticədən sonra "dənizçilər" 21 xalla 3-cü, qonaqlar 10 xalla 9-cu pillədə qərarlaşıb.

Günün ikinci görüşündə "Qəbələ" "Turan Tovuz"un müqavimətini qırmağa çalışacaq. Bu oyun saat 16:00-da başlanacaq.

Qeyd edək ki, ötən gün "Qarabağ" səfərdə "Sabah"ı 2:1 hesabı ilə üstələyib. Tura noyabrın 26-da oynanılacaq "Neftçi" - "Araz-Naxçıvan" və "Sumqayıt" - "Zirə" matçları ilə yekun vurulacaq.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->