Foto 11:27 17.12.2018

Prezident hərbçilərə yeni mənzillərin verilməsi mərasimində (FOTOLAR)

Azərbaycan prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Sabunçu rayonunda hərbçilərə yeni mənzillərin verilməsi mərasimində iştirak edib.

Qaynarinfo xəbər verir ki, müdafiə naziri, general-polkovnik Zakir Həsənov və müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıkov İlham Əliyevə raport veriblər.

Dövlət başçısı mənzillərdə yaradılan şəraitlə tanış olub. Sonra İlham Əliyev hərbçilər və onların ailə üzvləri ilə görüşüb. Dövlət başçısı görüşdə çıxış edib.

Prezident hərbçilərin bir qrupuna mənzillərin orderlərini təqdim edib.

Ehtiyatda olan tibb xidməti polkovnik-leytenantı Rafiq Quliyev öz adından və hərbçi yoldaşları adından İlham Əliyevə minnətdarlığını bildirib.