Xəbər lenti

Prezident Natiq Qasımovla bağlı paylaşım etdi (FOTO)
Ölkə 00:53 26.06.2024

Prezident Natiq Qasımovla bağlı paylaşım etdi (FOTO)

Prezident İlham Əliyev Natiq Qasımovla bağlı imzaladığı Sərəncam haqda paylaşım edib.


Qaynarinfo xəbər verir ki, Prezidentin paylaşdığı fotonun üzərində bu sözlər yazılıb:


"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:


Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə və döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi şəxsi igidliyə görə Natiq Səlim oğlu Qasımova "Azərbaycanın Milli Qəhrəmanı” adı verilsin (ölümündən sonra)”.



--> -->