Xəbər lenti

Professor Hacı Xaliq Bəşər saxlanılması və məhkəmə qərarı ilə bağlı hüquqi faktlar açıqladı (SƏNƏDLƏR)
Foto 15:38 20.09.2024

Professor Hacı Xaliq Bəşər saxlanılması və məhkəmə qərarı ilə bağlı hüquqi faktlar açıqladı (SƏNƏDLƏR)

Beynəlxalq Elm və Mədəniyyət Mərkəzinin sədri, eyni zamanda müstəqil hüquqşünaslar liqasının sədri, hüquq elmlər doktoru, professor Hacı Xaliq Bəşər (Əhmədzadə) 23 avqust 2024-cü il tarixdə mətbuatda barəsində getmiş İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması ilə bağlı xəbərlərə münasibət bildirib. 

Hacı Xaliq Bəşər Qaynarinfo-ya gələrək suallara aydınlıq gətirib. O bildirib ki, Qusardan Bakıya gələrkən, Şabran rayonu ərazisində, yolun kənarında səhhətinin pisləşməsi ilə əlaqədar idarə etdiyi "Toyota" markalı avtomobili saxlayıb, sağ tərəfdəki oturacaqda əyləşib.  Həmin ərazidəki meyvə satan qadın ona yaxınlaşıb kömək etdikdən az sonra, Yol Polis Xidmətinin əməkdaşı avtomobilə yaxınlaşıb. 

YPX əməkdaşı Respublika Dövlət Yol Polis Xidmətinin, Təhlükəsiz Şəhər kameralarının qara qutusunda idarə etdiyi avtomobilin nömrəsinin qeydiyyata alındığını və 3031 manat cərimə borcunun olduğunu bildirib. 

Polis əməkdaşının dediyinə görə, borcların bir qismi sığortaya görə, digər qismi isə dayanma-durma və avtobus zolağına girməklə hesablanmış cərimələrdir. 

"Ona həmin cərimələrlə razılaşmadığımı qeyd etdim. Xatırlatdım ki, idarə etdiyim avtomobil və digər maşınlarım hər il vaxtlı-vaxtında sığorta şirkətləri tərəfindən tam sığortalanıb. İdarə etdiyim "Toyota-Prado” markalı avtomobil Abdullayeva Arzu Qüdrət qızının adınadır. A.Abdullayeva maşının sahibi kimi, mənə 2070-ci ilə qədər etibarnamə verib"- X.Bəşər deyib.

Bundan başqa, Hacı Xaliq Bəşər redaksiyada onu da bildirib ki, İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin dispozisiyasında nəzərdə tutulur ki, polis işçi və ya hərbi qulluqçu ictimai qaydanı, mühafizə vəzifələrini icra edərkən, onlarının qanuni tələblərini qəsdən pozma, tabe olmamağa görə, fiziki şəxslər 200 manata qədər cərimə və ya pozuntu törədən insanın şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət etmədikdə, bir gündən-otuz gün müddətində inzibati həbs nəzərdə tutulur.  

Xaliq Bəşər deyib ki, türk dünyasının ən gənc hüquq elmlər doktorudur, uzun müddət dövlət qulluğunda çalışıb. Hal-hazırda isə beynəlxalq elm və mədəniyyət mərkəzinin rəhbəri kimi elmi-pedoqoji, ictimai-siyasi fəaliyyətini davam etdirirəm. Eyni zamanda, hüquq müdafiəçisiyəm. Bir çox məşhur kitabların, şeirlərin müəllifiyəm. Çox təəssüf ki, protokol tərtib edilərkən bu nəzərə alınmayıb. 

"Məhkəmənin hakimi isə daha qərəzli qərar çıxarıb" - deyə o bildirir.

Xaliq Bəşər (Əhmədzadə) hakim qərarı ilə bağlı, Məhkəmə Hüquq Şurasının sədri, eyni zamanda Ali Məhkəmənin sədri cənab İnam Kərimovun adına vəsadət qaldırdığını da bildirib. 

Bundan başqa, Xaliq Bəşər deyib ki, mətbuatda gedən bəzi materiallarda onun 2017-ci ildə dələduzluqla bağlı həbs olunması ilə bağlı xəbərlər də dezinformasiyadır: "Sizə təqdim etdiyim 18 sentyabr 2024-cü il tarixli, Daxili İşlər Nazirliyinin verdiyi rəsmi arayışda da göstərilir ki, Xaliq Əhmədzadə heç vaxt cinayət məcəlləsinin 178-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməyib və heç vaxt məhkumluğu olmayıb". 

Xaliq Bəşər hesab edir ki, bu cür dezinformasiyalar onun şəxsiyyətimə, işgüzar nüfuzuna, elmi-pedoqoji, ictimai-siyasi fəaliyyətinə kölgə salmaq üçündür, qərəzli şəkildə tirajlanır, yayımlanır. 

Xaliq Bəşər həmçinin məhkəmə protokolunda onun özünü yol polisinə deputat Azay Quliyev kimi təqdim etməsi barədə yazılanlara da münasibət bildirib: "Avtomobil saxlanılarkən Milli Məclis tamamilə buraxılmışdı və 125 deputatdan heç birinin deputatlıq səlahiyyəti olmayıb. Ona görə də, həmin dövrdə özümü Azay Quliyevi kimi təqdim etmək və ya deputatın adından istifadə etmək lüzumsuz və heç bir mötəbər sübutu olmayan faktdır. Digər tərəfdən mən özüm də yetərincə tanınmış şəxsəm, elm adamıyam, 46 kitabın, 100-dən artıq şeirin müəllifiyəm, çoxsaylı elmi məqalələrim xarici universitetlərdə tədris olunur, niyə özümü başqa şəxs kimi təqdim edim ki? Yol polisi mənə avtomobilin üzərində 2011-ci ildə həbs olduğunu bildirəndə, mən maşının 2015-ci ildə Azay Quliyevin yaxın qohumlarından satın alındığını bildirmişəm. Bu isə tamam başqa məsələdir. Təəssüf ki, məhkəmədə mənim arqumentlərim, faktlarım, sübutlarım nəzərə alınmadı".
 


Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->