Xəbər lenti

Prokuror
İdman 21:40 13.11.2025

Prokuror "Fənərbağça"nın iki futbolçusunun həbsini tələb etdi

İstanbul məhkəməsində keçirilən dinləmə zamanı prokuror "Fənərbağça" klubunun futbolçuları Ceydon Ostervolde və Mert Hakan Yandaşın həbsini tələb edib.

Oxu.Az "Hürriyet" qəzetinə istinadən xəbər verir ki, məhkəmə iclası Türkiyə Superliqasının ötən mövsüm 37-ci turu çərçivəsində keçirilmiş "Qalatasaray" - "Fənərbağça" oyunundan sonra baş vermiş qalmaqallı hadisələrlə bağlı olub.

Prokuror Ostervolde və Yandaşdan savayı, "Fənərbağça" klubunun həkimi Ertuğrul Karanlık, "Fənərbağça"nın keçmiş meneceri Hulusi Belgü və keçmiş baş məşqçi İsmail Kartalın oğlu Emre Kartalın 1 il 3 ay müddətindən 3 il 4 ay 15 gün müddətinə qədər həbsini tələb edib.

Dövlət ittihamçısı adı sadalananların "qəsdən xəsarətlərinin yetirilməsi" və "idman meydanlarında asayişin pozulması və idman qurğularına zərər verilməsi" ittihamları ilə təqsirli bilinməsini istəyib.

Məhkəmə şübhəlilərin vəkillərinə müvəkkilərini müdafiə etmələri üçün vaxt verərək, növbəti məhkəmə iclasını yanvarın 15-nə təyin edib.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->