Azərbaycan Basketbol Liqasında VII tura bu gün start veriləcək.
Qaynarinfo-nun məlumatına görə, günün yeganə oyununda "Lənkəran" "Sərhədçi"ni qəbul edəcək.
Qarşılaşma Lənkəran Olimpiya İdman Kompleksində, saat 15:00-da start götürəcək.
Meydan sahibləri B qrupunda 8 xalla üçüncü pillədə qərarlaşıb. Eyni xala malik olan qonaqlar beşincidir.
Qeyd edək ki, tura noyabrın 16-da yekun vurulacaq.
Şərhlər