Ermənistanın Baş naziri Nikol Paşinyan hesab edir ki, 2026-cı il seçkiləri parlamenti xarici təsir agentlərindən və onların liderlərindən azad etmək üçün yaxşı bir imkandır.
"Report" erməni KİV-ə istinadən xəbər verir ki, Paşinyan bu fikri parlamentdə 2026-cı il dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı səsləndirib.
"Ermənistan vətəndaşları bizi hələ də Robert Koçaryan, Serj Sarkisyan və onların rəhbərlik etdiyi qüvvələrə reaksiya verməkdə ittiham edirlər. Tezliklə parlament seçkiləri keçiriləcək və bu şəxslərin rəhbərlik etdiyi qüvvələrin parlamentə düşməməsi ehtimalı böyükdür. Bu məsələni həll etməyin vaxtı çatıb", – deyə Baş nazir bildirib.
O, müxalifətə müraciət edərək söyləyib ki, 2018-ci ildən Ermənistan təsir agentlərinin aid olduğu "həmin ölkənin cibindədir".
Şərhlər