Uçuş rejimini (aviarejim) aktivləşdirdikdə, telefon mobil rabitə qüllələrinə qoşulmağı dayandırır, bəzən isə Wi-Fi və Bluetooth-u da söndürür. Bu funksiya hələ 1991-ci ildə ABŞ Federal Rabitə Komissiyasının tələbi ilə tətbiq olunmuşdu: o dövrdə hesab edilirdi ki, mobil telefonların siqnalları təyyarənin vacib avadanlıqlarının işinə mane ola bilər. Bundan əlavə, uçuş rejiminin başqa bir üstünlüyü də var — batareyanı qənaətlə istifadə etməyə kömək edir, çünki mobil şəbəkə, Wi-Fi və ya Bluetooth cihazı axtarışı enerjini xeyli sərf edir. Amma bəs uçuş zamanı uçuş rejimini qoşmasan nə baş verəcək? Səni həbs edəcəklər? Yoxsa telefonunu? Əslində — heç nə.
Qaynarinfo xəbər verir ki, bu barədə 7000 uçuş saatı olan pilot və təlimçi Qeri Koksun sözlərinə istinadən BGR
yazır.
Eyni fikirdə PerchPoint adlı pilot, TikTok müəllifi və ABŞ ordusunun veteranı da var.
Bununla belə, qulaqcıqlarda (pilotların headset-lərində) müəyyən maneələr yaranma ehtimalı mövcuddur.
"Uğurlu uçuş, dispetçerlərlə ideal dərəcədə aydın rabitədən asılıdır. Məhz hava dispetçerləri hər gün havada və yerdə minlərlə təyyarəni idarə edirlər.
Pilotların qulaqcıqları maksimum təmiz səs üçün nəzərdə tutulub – bu, həyati dərəcədə vacibdir”, – deyə o bildirir.
PerchPointin sözlərinə görə, əgər 3–4 sərnişin eyni anda havada mobil şəbəkəyə qoşulmağa cəhd etsə, telefonların radio dalğaları pilotların rabitə siqnalları ilə üst-üstə düşə bilər.
Bu, faciəvi nəticələr doğurmasa da, xoşagəlməz səs-küy və təhriflər yarada bilər: pilotlar dispetçeri eşidəcəklər, amma əlaqə "çirkli” səslənəcək.
Məhz bu səbəbdən ABŞ Federal Mülki Aviasiya Administrasiyası (FAA) hesab edir ki, uçuş rejimini aktivləşdirmək – telefonun bort sistemlərinə təsirinin qarşısını almağın yeganə zəmanətli yoludur.
Eyni zamanda, müasir uçuş rejimi parametrləri Wi-Fi və Bluetooth-dan istifadəyə imkan verir, sadəcə mobil şəbəkəni söndürür.
Havada artıq stresdən qaçmaq üçün bu cür kiçik tədbirlər kifayətdir – sadəcə əmin olun ki, uçuş rejimi aktivdir və şübhə doğuran cihazları özünüzlə təyyarəyə aparmırsınız.
Bu, uçuşu həm daha rahat, həm də daha təhlükəsiz edir.
Bəzən uçuş rejimini yerdə də aktivləşdirmək faydalıdır.
Batareya enerjisinə qənaət etməklə yanaşı, telefonun daha sürətli doldurulmasına da kömək edir.
Bundan başqa, istənilən smartfonda siqnalı yaxşılaşdırmaq üçün sadə bir "lifehack” var:
uçuş rejimini aktivləşdirin, bir neçə saniyə gözləyin və sonra yenidən deaktiv edin.
Bu, mövcud mobil qüllə ilə əlaqəni məcburi şəkildə kəsir və telefon yenidən – daha sabit və ya yaxın şəbəkəyə qoşulur.
Alpər
Şərhlər