Xəbər lenti

Avstraliya rəsmi şəkildə yerli xalqlara vurulan zərəri tanıdı
Dünya 18:02 13.11.2025

Avstraliya rəsmi şəkildə yerli xalqlara vurulan zərəri tanıdı

Avstraliyanın Viktoriya ştatının baş naziri Hasinta Allan ölkə tarixində ilk dəfə olaraq qitəyə müstəmləkəçilərin gəlişindən əvvəl burada yaşayan yerli xalqlarla rəsmi saziş imzalayıb.

Qaynarinfo xəbər verir ki, bu barədə "Bloomberg" yazıb.

Allan çıxışında bildirib: "Bu gün biz qədim hüquq sistemlərinin və müasir demokratik institutlarımızın yanaşı mövcud ola biləcəyini etiraf edirik.

34 səhifəlik sənəddə kolonizasiya nəticəsində yerli xalqlara vurulmuş zərərin rəsmi şəkildə tanındığı və onların hüquqlarını müdafiə etmək məqsədilə yeni nümayəndə orqanının yaradıldığı qeyd olunur.

Agentliyin məlumatına görə, Britaniya müstəmləkəçilərinin qitəyə ayaq basmasından iki əsrdən çox vaxt keçməsinə baxmayaraq, indiyədək heç bir Avstraliya hökuməti yerli xalqlarla bu cür rəsmi razılaşma əldə etməmişdi. Kanada və Yeni Zelandiya isə artıq oxşar müqavilələr imzalayıblar.

Qeyd edək ki, 2023-cü ildə keçirilmiş referendumda Avstraliyanın baş naziri Entoni Albanesenin konstitusiyada yerli xalqlar üzrə məsləhətçi orqan yaradılması təklifinə seçicilər tərəfindən mənfi cavab verilmişdi.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->