Xəbər lenti

Həbsdəki hakimə güzəşt edildi - Şikayəti özü yazmışdı
Ölkə 16:20 13.11.2025

Həbsdəki hakimə güzəşt edildi - Şikayəti özü yazmışdı

Rüşvət müqabilində qanunsuz qərardad çıxardığı üçün məhkum edilmiş keçmiş məhkəmə hakimi İlyas Mahmudovun cəzası azaldılıb.

Qaynarinfo Qafqazinfo-yua istinadən xəbər verir ki, Ali Məhkəmə belə qərar çıxarıb. 

Məhkəmə keçmiş hakimin kassasiya şikayətini qismən təmin edib. Onun cəzası 9 ildən 6 ilə endirilib.

Qeyd edək ki, İlyas Mahmudov 2008-2019-cu illərdə Sumqayıt Şəhər Məhkəməsinin hakimi işləyib. Üç il sonra Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həbs edilib. Ona qarşı Cinayət Məcəlləsinin 295.1 (bilə-bilə ədalətsiz hökm, qətnamə, qərardad və ya qərardad çıxarma), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2 (təkrar rüşvət alma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb.

Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İ.Mahmudov 9 il azadlıqdan məhrum edilmişdi.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->