Azərbaycan millisinin formasını geyinmiş Mert Çelik futboldan kənarlaşdırılıb.
Qaynarinfo xəbər verir ki, buna səbəb futbolçunun mərc oyunları ilə bağlı fəaliyyəti olub.
25 yaşlı müdafiəçi 45 gün müddətinə futbol fəaliyyətindən uzaqlaşdırılıb.
Qeyd edək ki, Mert Çelik mərc oyunlarında iştirakda ittiham olunur. Hazırda "Sivasspor”un şərəfini qoruyan futbolçunun adı Türkiyə Futbol Federasiyasının mərc oyunlarında iştiraka görə Peşəkar Futbol İntizam Komitəsinə (PFDK) göndərdiyi siyahıda yer almışdı.
Qeyd edək ki, Mert Çelik Azərbaycan millisinin heyətində bir oyun keçirib. O, bu il Belarusla (0:2) keçirilən yoxlama matçında iştirak edib. Çelik daha öncə Azərbaycanın U-21 yığması, "Neftçi” və "Səbail” klublarında da çıxış edib.
Şərhlər