Siyasət 13:40 12.07.2022

Putin gələn həftə Tehrana səfər edəcək: Rusiya İrana möhtac durumda

İran məclisinin İqtisadi Komissiyasının rəhbəri Puribrahimi Rusiya prezidentinin gələn həftə İrana səfər edəcəyini bildirib.

Qaynarinfo bu barədə "Həmşəhrionline" saytına istinadən xəbər verir.

Puribrahimi rusların İranla iqtisadi əməkdaşlıq sahəsində ciddiliyinin keçmişdəkindən daha yüksək olduğunu deyib: "İran və Rusiya arasında iqtisadi əməkdaşlığın inkişaf etdirilməsinin planlaşdırılması iki ölkə prezidentləri arasında məsləhətləşmələrin prioriteti olacaq”.

Parlamentin İqtisadiyyat Komitəsinin sədri İran prezidentinin Rusiyaya son səfərindən sonra Rusiyada İranla iqtisadi əməkdaşlıqla bağlı müsbət ab-havanın yarandığını bildirib və deyib: "Həmin səfər zamanı çox yaxşı sazişlər imzalanıb”.
O həmçinin, Rəisi hökumətinin İran və Rusiya arasında iqtisadi əlaqələrin yeni bir səhifəsini açmağa ciddiyyətlə hazır oldüğun vurğulayıb:

"Amerika və Avropanın ruslara qarşı embarqosu Rusiyanı getdikcə daha çox İranla iqtisadi əməkdaşlığa möhtac eyləyir”.

M.Arif