Xəbər lenti

Putin iri məmurlara xarici vətəndaşlığı qadağan etdi - Ağır şərtlər
Dünya 22:25 15.01.2020

Putin iri məmurlara xarici vətəndaşlığı qadağan etdi - Ağır şərtlər

Rusiya Dövlət başçısı Vladimir Putin Rusiya Federasiyası Federal Məclisinə göndərdiyi məktubda konstitusiyada dəyişikliyə ehtiyac olduğunu bildirib.

Qaynarinfo xəbər verir ki, o, federasiya subyekti rəhbərlərinin, nazirlərin, müavinlərin və hakimlərin xarici vətəndaşlığına, başqa ölkələrdə yaşamaq üçün icazə sənədlərinə, xaricdə yaşamalarına imkan verən digər sənədlərə sahib olmalarına yasaq qoyulmasını istəyib.

Putin əlavə edib ki, prezidentliyə namizədlər Rusiyada 25 il yaşamalı və əvvəllər başqa vətəndaşlıqları da olmamalıdır. Beləliklə, ölkədə yüksək vəzifələrə namizədlərə qoyulan tələblərin sərtləşdiriləcəyi gözlənilir.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->