Xəbər lenti

Azərbaycan klubunun legioneri rəqibini vurmaq istədi, cəzalandırıldı
İdman09:35 17.05.2024

Azərbaycan klubunun legioneri rəqibini vurmaq istədi, cəzalandırıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.
Qaynarinfo xəbər verir ki, iclasda 1-ci liqanın 26-cı turunun oyunlarındakı qayda pozuntuları ilə bağlı qərarlar qəbul olunub.
"Araz Saatlı” – "İmişli” oyununun 87-ci dəqiqəsində "İmişli”nin futbolçusu Gilyerme Silva təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldıqdan sonra rəqib futbolçunu vurmağa cəhd etdiyinə görə 4 oyun, həmçinin 17.04.2024-cü il tarixində təyin edilmiş 3 aylıq sınaq müddəti başa çatmamış növbəti dəfə qırmızı vərəqə aldığına görə həmin tarixdə verilmiş 1 oyunluq şərti cəza üzərinə əlavə edilməklə ümumilikdə 5 oyun cəzalanıb, "İmişli” klubu 300 manat cərimə edilib.
Həmçinin bildirilib ki, "Qaradağ Lökbatan” – "Şamaxı” oyununda qonaq komandanın azarkeşləri tərəfindən Lökbatan OİK stadionunda 3 ədəd oturacağın sındırılması, "Şamaxı” futbolçuları tərəfindən soyunub-geyinmə otağında 1 ədəd qapının yararsız hala salınması ilə bağlı Lökbatan OİK stadionuna dəymiş zərər "Şamaxı” klubu tərəfindən ödənilsin.