Xəbər lenti

Məşhur tikinti şirkətinin 5 milyon borcu var - Rəhbərinə
Ekonomiks 17:03 17.05.2024

Məşhur tikinti şirkətinin 5 milyon borcu var - Rəhbərinə "stop" qoyuldu

Məşhur tikinti şirkətinin 5 milyon manata yaxın vergi borcu yaranıb. 

Qaynarinfo-nun məlumatına görə, "MVVL Verus Praedium" Mənzil Tikinti Kooperativinin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə 4926139.88 manat vergi borcu var. 

Şirkətin qanuni təmsilçisi Əsədullayev Rauf Rafiq oğlunun ölkədən çıxışına müvəqqəti məhdudiyyət qoyulub. 

Rauf Əsədullayevin rəhbəri olduğu şirkət Dövlət Vergi Xidməti barəsində Bakı Apellyasiya Məhkəməsinə şikayət verib. İşə hakim Kamran Əkbərovun sədrliyi ilə baxılacaq. 

Qeyd edək ki, "MVVL Verus Praedium" Mənzil Tikinti Kooperativi Səbail rayonu, Badamdar qəsəbəsində köhnə binaların sökülərək yerində yeni binaların tikintisini həyata keçirib. Şirkətin köhnə binaların söküntüsü zamanı sakinlərin zorla evlərindən köçürməsi ilə bağlı KİV-də məlumatlar dərc edilib. 

Əhməd 
 

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->