Xəbər lenti

Pənah Hüseyn namizəd olacağı dairəni açıqladı
Siyasət 14:29 17.05.2024

Pənah Hüseyn namizəd olacağı dairəni açıqladı

Azərbaycan Xalq Partiyası parlament seçkilərində iştirak edəcək.
 
Bu barədə Qaynarinfo-ya sözügedən partiyanın sədri Pənah Hüseyn məlumat verib.
 
Sədr 68 saylı Sabirabad-Şirvan Dairə Seçki Dairəsindən namizədliyini irəli sürəcəyini açıqlayıb:

"Hələ ki, seçki elan olunmayıb. İndi niyyət xarakterli müzakirələr gedir. Partiyadan isə 20-yə yaxın üzvümüz parlament seçkilərində iştirak edəcəyini bildirib. Bu hardasa 20 dairəni əhatə edir. Seçki ilə bağlı qərar veriləndən sonra bu siyahı arta da bilər". 

Pənah Hüseyn bildirib ki, bundan əvvəlki parlament seçkilərində AXP-nin 50-dən yuxarı üzvü iştirak edib. 

Qeyd edək ki, 68 saylı Sabirabad-Şirvan Seçki Dairəsi yeni yaradılıb. 2020-ci ildə keçirilən parlament seçkilərində bu dairə 68 saylı Cəlilabad Seçki Dairəsi kimi fəaliyət göstərib. 

Bahar Rüstəmli

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->