"Dövlət
daha sərt tədbirlər görə bilər”.
BunuQaynarinfo-ya açıqlamasında professor Adil Qeybulla Azərbaycanda COVİD-19
virusuna yoluxanların sayının kəskin artmasından danışarkən deyib. Professor
vurğulayıb ki, yoluxmanın çoxalmasının səbəbi ölkədə, mətbuatda və sosial şəbəkədə
bütün diqqətin cəbhə bölgəsinə, Qarabağa, Vətən savaşına köklənməsidir:
"Bu, təbii
ki, anlaşılandır. İnsanların əhval-ruhiyyəsi də yüksəkdir. Çünki qələbə əhval-ruhiyyəsi
yaşayırıq. Amma bir problem var. Qarabağda savaş başlayana kimi sosial şəbəkədə
hər kəs koronavurusla bağlı məlumatlara köklənmişdi, rəylər yazırdılar, fikirlər
səsləndirirdilər. Hətta deyirdilər ki, belə bir virus yoxdur, yalandan
uydururlar. Bu günə kimi həmin informasiyaların daşıyıcıları var və onlar
koronavirusa inanmırlar. Vətən savaşı başlayan kimi insanlar virusa qarşı bir
az da laqeyd oldu, maska taxmadılar, sosial məsafə gözləmədilər. İstədiyi vaxta
rayona gedib-gəldilər. Sanki rayona gediş-gəliş açıldı, qadağalar da unuduldu.
Qapalı mühitdə insanların maskasız hərəkəti virusun yayılmasına yol açdı. Bütün
bunlar xeyli yoluxma potensialı yaratdı”.
Adil
Qeybullanın fikrincə, Qarabağ müharibəsinin taleyi həm də pandemiyadan
asılıdır:
"Biz sərt
tədbirlər görməyə məcburuq. Bu, karantinin tələbidir. Virusun ön cəbhəyə
yayılmaması üçün buna getməyə məcburuq. Virus çox təhlükəlidir, Vətən müharibəsinin
gedişinə zərbə vura bilər. Ona görə də dövlət daha sərt tədbirlər görməyə məcburdur.
Vətəndaşlar da vətəndaş məsuliyyəti nümayiş etdirməlidir”.
Qeyd
edək ki, oktyabrın 21-də Azərbaycanda koronavirus infeksiyasına 714 yeni
yoluxma faktı qeydə alınıb, 176 nəfər müalicə olunaraq sağalıb və evə
buraxılıb. Son sutkada 7 nəfər COVID-19-dan vəfat edib.
Bahar
Rüstəmli
Şərhlər