Xəbər lenti

İdman 11:00 25.05.2024

"Qarabağ"ın futbolçusu Kamerunla oyun üçün milliyə çağırıldı

"Qarabağ”ın yarımmüdafiəçisi Patrik Andrade Kabo-Verde millisinə dəvət edilib.

Qaynarinfo yerli federasiyanın rəsmi saytına istinadən xəbər verir ki, o, DÇ-2026-nın seçmə mərhələsində Kamerun və Liviyaya qarşı keçiriləcək oyunlar üçün yığmaya dəvət alıb.

"Qarabağ"ın digər kabo-verdeli futbolçusu Leandro Andrade isə milliyə çağırılanlar sırasında yoxdur.

Qeyd edək ki, Kamerunla oyun iyunun 8-də, Libiya ilə görüş is iyunun 11-də keçiriləcək.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->