Xəbər lenti

Foto 10:28 27.06.2026

"Qarabağ" yeni mövsümə belə hazırlaşır (FOTO)

"Qarabağ” 2026/27 mövsümünün hazırlığını Avstriyanın Tirol bölgəsində davam etdirir.

Qaynarinfo xəbər verir ki, zədəli Bəhlul Mustafazadə istisna olmaqla hazırlıqda komandanın bütün futbolçuları iştirak edir. 

O cümlədən baş məşqçi Qurban Qurbanov tərəfindən əvəzedici heyətdən əsas komandaya qaytarılan Elvin Cəfərquliyev yenidən etimadı qazanmaq üçün həvəslə çalışır.
 
Qeyd edək ki, "Qarabağ" bu gün növbəti yoxlama oyununa çıxacaq. Qurban Qurbanovun komandası Avstriya Bundesliqa təmsilçisi VSG "Tirol”la qarşılaşacaq. "Gürnot Langes” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.

"Qarabağ” ilk yoxlama oyununda Bakıda "Zirə”ni 4:3 hesabı ilə məğlub edib. "Köhlən atlar” Avstriya toplanışı çərçivəsində son iki yoxlama görüşünü isə iyulun 1-də keçirəcək. Ağdam təmsilçisi həmin gün əvvəlcə Ukraynanın "Xarkov” komandası ilə Bakı vaxtı ilə saat 15:00-da, daha sonra isə Macarıstanın "Ferentsvaroş” klubu ilə saat 20:00-da üz-üzə gələcək.

--> -->