Ölkə 12:14 13.08.2022

Qaraciyəri dəyişdirilən aktyor xəstəxanadan evə buraxıldı (VİDEO)

Qaraciyəri dəyişdirilən aktyor Elvin Ağayev xəstəxanadan evə buraxılıb.

Qaynarinfo xəbər verir ki, bu barədə onun özü məlumat verib. Aktyor müalicə prosesinin bundan sonra 6 ay davam edəcəyini bildirib:

"Avqustun 3-də Mərkəzi Gömrük Hospitalında qaraciyər əməliyyatı keçirdim. Bu gün həkimlərin məsləhəti ilə evə buraxılıram və müalicəmin qalan hissəsini həkim nəzarəti altında keçirəcəyəm. Müalicə 6 ay davam edəcək. Müalicə və səhhətimlə bağlı məlumat verəcəyəm”.

Qeyd edək ki, qaraciyər sirrozundan əziyyət çəkən aktyor Elvin Ağayev əməliyyat olunub. Ona bacısı öz ciyərini bağışlayıb.

Bahar Rüstəmli