Ölkə 15:46 26.07.2023

Qaxda meşədə bir nəfər itkin düşüb, axtarış aparılır

Qaxda meşədə bir nəfər itkin düşüb.

Bu barədə Qaynarinfo-ya Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, FHN-in "112" qaynar telefon xəttinə Qax rayonunun Ağçay kəndi yaxınlığında dağlıq-meşəlik ərazidə naməlum şəraitdə 1 nəfərin itkin düşməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-nin Şimal-qərb Regional Mərkəzinin xilasetmə qüvvələri axtarış-xilasetmə işlərinin aparılması üçün əraziyə cəlb olunub, aidiyyəti dövlət qurumları məlumatlandırılıb.

Hazırda axtarış-xilasetmə işləri həyata keçirilir.