Xəbər lenti

Qazaxın azad olunan kəndlərindən görüntülər (FOTO/VİDEO)
Video 16:42 28.05.2024

Qazaxın azad olunan kəndlərindən görüntülər (FOTO/VİDEO)

Media nümayəndələri Qazaxın işğaldan azad olunmuş Qızılhacılı kəndindən sonra Aşağı Əskipara və Bağanıs Ayrım kəndlərində olublar.

Trend-in Qazaxa ezam olunmuş əməkdaşı xəbər verir ki, mediatur Dövlət Sərhəd Xidmətinin (DSX) təşkilatçılığı baş tutub. Media nümayəndələri sərhədçilərin xidməti ilə yerində tanış olublar.

Burada erməniləri törədikləri vandalizmini yaxın görüblər. Jurnalistlər kənddə dağıdılmış evlərlə tanış olublar.

Qeyd edək ki, delimitasiya işləri nəticəsində 12,7 km uzunluğunda sərhəd xətti müəyyən edilmiş və bununla Azərbaycan Respublikasının Qazax rayonunun 4 kəndinin: Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılının ərazilərinin (6,5 km2) Azərbaycana qaytarılması təmin edilib.

Mayın 24-də Azərbaycan Respublikasının Qazax rayonunun Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılı kəndlərinin əraziləri Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti tərəfindən nəzarətə götürülüb.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->