Qəbələ rayonun Nic və Vəndam bələdiyyəsinin sədri cərimələnib.
Qaynarinfo-nun məlumatına görə, bələdiyyə sədrləri Ekologiya və Təbii Sərvətlər Nazirliyi 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 253-1.1.3-cü maddəsi ilə cərimə edilib.
Hər iki bələdiyyə sədrinin cərimələnməsinə səbəb 2022-2023-cü illərə aid kəndin yaşıllıqların uçotu və monitorinqi haqqında məlumatlar müvafiq icra hakimiyyəti orqanına təqdim etməməsidir.
Nic bələdiyyəsinin sədri Dallari Valeriy Ragini məhkəmədə bildirib ki, rəhbəri olduğu kəndin ərazisi 2000 hektardan artıqdır. Həmin ərazidə monitorinqi aparmaq üçün kifayət qədər işçiləri yoxdur. Onun ekologiya pozuntuları ilə bağlı çoxlu sayda müracitələri olub. Yaşıllıqların uçotu və monitorinqini düzgün aparmaq məsuliyyətli olsa da, buna faktiki imkanları yoxdur.
Vəndam bələdiyyəsinin sədri Həşimov Asif Firidun oğlu da uçota alınan yaşıllıqlar barədə məlumatı nazirliyə gec təqdim etdiyini etiraf edib.
Məhkəmənin qərarı ilə hər iki bələdiyyə sədri ayrı-ayrılıqda 1000 manat cərimə edilib.
Aydın
Şərhlər