Ağıllı telefon nəhəngləri - "Samsung"la "Apple"a arasında uzun müddətdir gedən məhkəmə çəkişməsi nəhayət ki, sona çatıb.
Qaynar.info xəbər verir ki, ABŞ məhkəməsi "Samsung" şirkətini müəllif haqlarını tapdadığı üçün 290 milyon dollar cərimələyib.
Məhkəmə prosesində "Apple" ona dəyən ziyanın ödənilməsi üçün "Samsung"dan 379 milyon 800 min dollar tələb etmişdi.
Qeyd edək ki, texnologiya dünyasının iki nəhəngi arasında 2 ildən çoxdur ki, müəllif haqları ilə üstündə dava gedir.
Qaynar.info
Şərhlər