Xəbər lenti

Qurban Qurbanov AFFA-dan gedir? - Qurumdan açıqlama
İdman 12:45 27.01.2025

Qurban Qurbanov AFFA-dan gedir? - Qurumdan açıqlama

Qurban Qurbanovun Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) İcraiyyə Komitəsi üzvlüyündən ayrılmaq üçün müraciət etdiyi barədə xəbərlər yayılıb.

Belə ki, "Qarabağ" baş məşqçisinin bir müddətdir AFFA İcraiyyə Komitəsindən ayrılmaq istədiyi, bununla bağlı rəhbərliyə müraciət etdiyi bildirilir. 

Uzun illərdir Ağdam klubunu çalışdıran Qurbanov bundan sonra bütün diqqətini öz işinə yönəltmək istədiyi iddia edilir.

Modern.az iddialarla bağlı Azərbaycan Futbol Federasiyaları Assosiasiyası ilə əlaqə saxlayıb.

Qurumdan bildirilib ki, yayılan xəbərlər həqiqəti əks etdirmir.

"Qurban Qurbanovun İcraiyyə Komitəsindən ayrılmaq üçün müraciəti olmayıb", - açıqlamada deyilir.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->