Azərbaycan Premyer Liqasının 7-ci turu çərçivəsində keçirilən "Qəbələ” - "Qarabağ” matçında gərgin anlar yaşanıb.
"Qafqazinfo” xəbər verir ki, qarşılaşmanın 89-cu dəqiqəsində matçın baş hakimi Elçin Məsiyevin qərarı Ağdam klubunun baş məşqçisi Qurban Qurbanovu özündən çıxarıb.
Hakimin qərarına etiraz edən təcrübəli mütəxəssis qarşısında ikinci sarı vərəqəni görərək texniki zonadan kənarlaşdırıb.
Qurbanovun əsəbiləşməsinə səbəb olan həmin epizodun videosunu təqdim edirik:
Şərhlər