Xəbər lenti

Quterreş rəsmi Bakı ilə İrəvanın birgə bəyanatını alqışladı
Siyasət 09:59 09.12.2023

Quterreş rəsmi Bakı ilə İrəvanın birgə bəyanatını alqışladı

BMT-nin baş katibi Antonio Quterreş Azərbaycan və Ermənistanın münasibətləri normallaşdırmaq səyləri barədə birgə açıqlamasını alqışlayıb.

Bu barədə BMT rəhbərinin rəsmi nümayəndəsi Stefan Düjarrik brifinqdə bildirib.

"Baş katib Azərbaycan və Ermənistanın birgə bəyanatını alqışlayır və tərəfləri bu razılaşmadan öz xalqları və regionlarının rifahı naminə qarşılıqlı etimadı təşviq etmək və uzunmüddətli sülhü təmin etmək üçün istifadə etməyə çağırır”, - deyə o qeyd edib.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->