Yığmamızın hücumçusu Ramil Şeydayev məxsus olduğu "Trabzonspor"un düşərgəsini tərk edib.
Qaynarinfo xəbər verir ki, 22 yaşlı futbolçunun adı İtaliya təmsilçisi "Kalyari" ilə keçirilən yoxlama oyunun iştirak ərizəsinə daxil edilməyib.
O xidmətində maraqlı olduğu Avstriya klubu "Mattersburq" rəsmiləri ilə danışıqlar üçün Türkiyəni tərk edib. Bundesliqa təmsilçisi Ramili "Trabzonspor"dan icarəyə götürmək istəyir.
Şeydayev son mövsümü icarə əsasında "Qarabağ"da keçirib.
Şərhlər