Xəbər lenti

Regionlarda yaşayanlar krediti niyə çətinliklə əldə edir? (SƏBƏB)
Ekonomiks 19:27 09.10.2023

Regionlarda yaşayanlar krediti niyə çətinliklə əldə edir? (SƏBƏB)

"Regionlarda əmlakların çoxunun qeydiyyatı yoxdur. Buna görə də orada kreditin təminat problemi var, qaytarılmamaq riski böyükdür”.
 
Bunu Qaynarinfo-ya iqtisadçı ekspert Əkrəm Həsənov rayonlarda kredit faizlərinin yüksək olmasının əsas səbəblərindən danışarkən deyib. 

Ekspert bildirib ki, faiz həmişə kredit riskinə bağlı olan göstəricidir: 
 


"Kredit riski verilən borcun qaytarılmama ehtimalı, yaxud qaytarılmasında problemin yaranması, uzanmaların baş vermə ehtimalının yüksək olması ilə bağlıdır. Bu da regionlarda daha çoxdur. Cünki Azərbaycanda bütün iqtisadiyyat demək olar Bakıda cəmləşib. Şirkətlər, yaxşı yollar, yüksək maaşlar hamısı buradadır. Hətta əmlakların qeydiyyatı belə. Kredit götürəndə girov qoymalısan. Girov qoymaq üçün daşınmaz əmlak lazım olur. Bu zaman Daşınmaz Əmlakın Dövlət Reystində qeydiyyatda olması isə mütləqdir”.

Əkrəm Həsənov regionlarda kredit götürə zaman əsasən mənzil girov qoyulur:

"Krediti qaytarmayanda bank gəlir ev sahibini evini hərraca çıxarır. Rayonlarda heç kəs rayon adamının evini almır. Halal-haram məsələsi, hamı bir-birini tanıyır. Deyir "mən onun evini ala bilmərəm”. Bunu bilən banklar da kredit verməkdən çəkinir”. 

Bahar Rüstəmli

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->