Xəbər lenti

Dünya 16:06 07.09.2023

“Rusiya bayrağı olmamalıdır” - Makron 2024-cü il Olimpiadasında iştirakdan danışdı

Rusiya idmançılarının 2024-cü ildə Parisdə keçiriləcək Olimpiya Oyunlarında iştirakını siyasiləşdirmək olmaz. 

Qaynarinfo xəbər verir ki, bunu Fransa prezidenti Emmanuel Makron deyib.

"Bu mövzu siyasiləşdirilməməlidir”, - deyən Makron bunun Olimpiya dünyasının şüurlu qərarı olmasını arzuladığını bildirib. Eyni zamanda, Beynəlxalq Olimpiya Komitəsi (BOK) rusiyalı idmançılardan müəyyən zəmanətlər almalıdır, - Makron bildirib. O, əlavə edib ki, Oyunlarda Rusiya Federasiyasının bayrağı olmamalıdır, lakin Rusiya idmançılarına hansı yerin verilə biləcəyinə qərar vermək lazımdır.

Makronun sözlərinə görə, olimpiya dünyasının bu məsələyə münasibəti Ukrayna vətəndaşları tərəfindən başa düşülməlidir.

Xatırladaq ki, daha əvvəl BOK rusiyalı idmançıları 2024-cü ildə Parisdə keçiriləcək Olimpiya Oyunlarına "qaçqınlar komandası” kimi qəbul etməyə qərar vermişdi. Ruslar bitərəf statusda və komitənin bayrağı altında çıxış edəcəklər.

Alpər

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?