"Ermənistanda Rusiya ilə birlik dövlətinin qurulması barədə danışıqlara başlayacaq yeni bir hökumət qurulmalıdır”.
Teleqraf.com xəbər verir ki, bunu Ermənistan parlamentinin deputatı Tiqran Urixanyan deyib.
Onun sözlərinə görə, Ermənistanla Rusiya arasında hərbi-siyasi əməkdaşlığın dərinləşməsinə alternativ yoxdur.
Deputatın nöqteyi-nəzərindən, Ermənistan və Rusiya qarşılıqlı inteqrasiya etməli və ittifaq dövləti formatına keçməlidir. Eyni zamanda, onun sözlərinə görə, Ermənistan müstəqil bir subyekt olaraq qalmalıdır.
Urixanyan qeyd edib ki, Rusiya hərbçiləri cəbhə bölgəsində - vahid ordunun bir hissəsi kimi xidmət etməlidir: "Bizim alternativimiz yoxdur: başqa heç bir ölkə bizə iş birliyi təklif etmir. Xüsusən də vahid təhlükəsizlik sisteminin formalaşdırılması, yeni birləşmiş qoşunun yaradılması və Azərbaycanla sərhədin qorunması son dərəcə önəmlidir”.
Onun sözlərinə görə, nə NATO, nə də başqa bir təşkilat və ya ölkə rəsmi İrəvana bu cür əməkdaşlıq şərtləri təklif etməyib və etmir: "Beynəlxalq təşkilatlar və digər dövlətlər Qarabağda baş verənlərə görə susur”.
Şərhlər