Rusiyadan İrana göndərilən növbəti humanitar yardım Cənub-Astara gömrük postundan yola salınıb.
Qaynarinfo "Report"a istinadən xəbər verir ki, 7 avtomobildən ibarət olan yük karvanı gömrük yoxlanışından sonra Şimal-Cənub dəhlizi vasitəsilə İran istiqamətinə keçib.