Xəbər lenti

Ceyhun Bayramovla Seyid Abbas Əraqçi arasında telefon danışığı oldu
Ölkə 22:58 30.03.2026

Ceyhun Bayramovla Seyid Abbas Əraqçi arasında telefon danışığı oldu

30 mart tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovla İran İslam Respublikasının xarici işlər naziri Seyid Abbas Əraqçi arasında telefon danışığı baş tutub.
 
Qaynarinfo xəbər verir ki, telefon danışığı zamanı daha da gərginləşməkdə olan regional vəziyyətdən dərin narahatlıq ifadə olunub.  

Bölgədə hərbi toqquşmaların tezliklə dayandırılması istiqamətində diplomatik səylərin artırılmasının vacibliyi vurğulanıb.
 
Nazirlər həmçinin qarşılıqlı maraq doğuran ikitərəfli məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

--> -->