Xəbər lenti

Rusiya MN rəhbərliyinin işdən çıxarılmasının əsl səbəbi nədir? - ISW hesabatı
Dünya 13:52 24.05.2024

Rusiya MN rəhbərliyinin işdən çıxarılmasının əsl səbəbi nədir? - ISW hesabatı

Kreml Rusiya Müdafiə Nazirliyinin yüksək rütbəli məmurlarını qəsdən sıradan çıxarır və artıq bu səyləri Rusiyanın Ukraynadakı döyüş əməliyyatlarına komandanlıq edən yüksək rütbəli zabitlərə də şamil edib. 

Qaynarinfo xəbər verir ki, bu bu barədə Müharibə Tədqiqat İnstitutunun (ISW) hesabatında deyilir.

"Kreml Rusiya Müdafiə Nazirliyinə etimadını itirmiş konkret şəxslərin işdən çıxarılmasının əsl səbəblərini gizlətmək üçün korrupsiya ittihamlarından bəhanə kimi istifadə edəcək”.

Rusiya İstintaq Komitəsi mayın 23-də Baş Qərargah rəisinin müavini və Baş Rabitə İdarəsinin rəisi general-leytenant Vadim Şamarin və Rusiya Müdafiə Nazirliyinin Dövlət Satınalmaları Departamentinin rəisi Vladimir Verteletskinin həbsini elan edib.

Şamarin azı 36 milyon rubl (təxminən 392 min dollar) rüşvət almaqda ittiham olunur və bu işdə Rusiya telekommunikasiya sənayesindən olan iki müttəhim ona qarşı ifadə verməyə razılaşıb.

Verteletski korrupsiyada və ümumi məbləği 70 milyon rubl (763 min dollar) ziyanla külli miqdarda rüşvət almaqda ittiham olunur. 
Aprelin 24-də Rusiya müdafiə nazirinin müavini Timur İvanovun həbsindən sonra Rusiya Müdafiə Nazirliyinin beş yüksək rütbəli zabiti və keçmiş hərbi komandirlər korrupsiya ittihamı ilə həbs edilib.

Rusiyalı insayder mənbə daha əvvəl iddia etmişdi ki, Rusiyanın keçmiş müdafiə naziri Sergey Şoyqunun Müdafiə Nazirliyinin rəhbərliyindən uzaqlaşdırılmasından sonra Müdafiə Nazirliyinin daha altı əməkdaşı istefaya getməyi planlaşdırır. 

Rusiyalı ultramillətçi hərbi bloqçular da iddia edirlər ki, Rusiya Müdafiə Nazirliyi 20-ci Əlahiddə Ümumqoşun Ordusunun (Moskva Hərbi Dairəsi) komandanı, general-leytenant Süxrab Əhmədovu işdən çıxarıb. ISW Əhmədovun işdən çıxarılmasını təsdiq edə bilmir, lakin onun istefası barədə elan diqqəti cəlb edir, çünki bu, Ukraynada Rusiya qoşunlarına fəal komandanlıq edən zabitin son işdən çıxarılma dalğasında ilk işdən çıxarılması olacaq. İndi 20-ci motoatıcı briqada Liman istiqamətində hücum əməliyyatlarına yönəlib və 2024-cü ilin qış-yazında Xarkov-Luqansk oxuna hücum zamanı bu sahədə mühüm taktiki uğurlar əldə edə bilməyib.

Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->