Xəbər lenti

Rusiya nə vaxt Ukraynadakı alman hərbi zavoduna zərbə endirəcək? - Analitik
Dünya 11:11 30.10.2024

Rusiya nə vaxt Ukraynadakı alman hərbi zavoduna zərbə endirəcək? - Analitik

Rusiya qoşunları Almaniyanın Rheinmetall müdafiə konserninin Ukraynadakı zavoduna istehsal başlayanda zərbə endirə bilər. 

Qaynarinfo xəbər verir ki, bu fikri TASS-a müsahibəsində hərbi analitik İqor Korotçenko bildirib.

O qeyd edib ki, zərbəni avadanlıq gətirildikdə, praktiki işlərə və müxtəlif silah sistemlərinin istehsalına başlandıqda vurmaq məntiqli olar.

"Məhz o vaxt zərbə endirilməlidir. Məsələn, içində nə texnika, nə də avadanlıq olan boş binaya zərbə vurmağın mənası var”, — deyə analitik bildirib.

Onun fikrincə, Ukrayna ərazisində hərbi zavod inşa etmək Rheinmetall üçün cəsarətli addımdır.

Korotçenkonun sözlərinə görə, bu zavodun məhv edilməsi Rusiya və beynəlxalq KİV-lərdə maksimum media işıqlandırılması ilə göstərilən aksiya olacaq.

Oktyabr ayında Rheinmetall Ukraynada dörd hərbi zavod inşa etdiyini bildirmişdi, onlardan biri artıq hazırdır.

RF prezidenti mətbuat katibi Dmitri Peskov zavodların Rusiya ordusu üçün qanuni hədəf olacağını bəyan etmişdi.

Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->