Dünya 14:05 26.06.2022

Rusiya və Belarus İttifaq dövlətində birləşir - Razılıq əldə edildi (VİDEO)

Rusiya və Belarus ölkələri arasında İttifaq dövlətinin yaradılması haqqında razılığa gəliblər.

Qaynarinfo-nun məlumatına görə, bunu Rusiya prezidenti Vladimir Putin Belarus lideri Aleksandr Lukaşenko ilə danışıqlar zamanı deyib.

"Əlbəttə, İttifaq dövlətinin qurulması ilə bağlı məsələlər bizim baxış sahəmizdə qalır. Burada biz müvafiq idarələr arasında praktiki olaraq hər şeyi razılaşdırmışıq", deyə Putin bildirib.

Onun sözlərinə görə, indi birliyin yaradılması üçün qarşıya qoyulan bütün məqsədləri həyata keçirmək qalır.

Nizami Bağırov