Xəbər lenti

Rusiyada yayılan yeni virus bank işçilərini yamsılayır - Tələyə düşməyin
Dünya 17:32 30.09.2024

Rusiyada yayılan yeni virus bank işçilərini yamsılayır - Tələyə düşməyin

Rusiyada bank bildirişlərini imitasiya edən troyan virusu yayılır.

Qaynarinfo Rusiya mediasına istinadən xəbər verir ki, yoluxduqdan sonra o, pul vəsaitlərinin silinməsi ilə bağlı saxta bildirişlər göndərməyə başlayır. 

Cihaz virusa yoluxduqdan sonra saxta bank işçisi potensial qurbana zəng edərək onun şəxsi hesabının sındırılmasından danışır və pulunu qorumaq üçün ödəniş məlumatlarını tələb edir. 

Virus fişinq linki olan mesajlar və e-poçtlar vasitəsilə sıza bilər. Telefonunuzu zavod parametrlərinə qaytarmaqla troyandan virusundan xilas ola bilərsiniz.

Mütəxəssislər bununla bağlı bir neçə rəqəmsal "gigiyena” qaydalarına riayət etməyi tövsiyə edirlər:

- naməlum bağlantıları izləməyin;
- naməlum şəxslərin tələbi ilə mobil proqramları və proqramları yükləməyin;
- şəxsi və maliyyə məlumatlarını kənar şəxslərə açıqlamayın;
- antivirus quraşdırın və mütəmadi olaraq yeniləyin;
- rəsmi mənbələrdə hər hansı bir məlumatı iki dəfə yoxlayın.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->