Dünya 09:52 23.05.2022

Rusiyanın Ukraynada verdiyi itkilər açıqlandı: Canlı qüvvə, texnika sayı...

Rusiya ordusunun 29 200 hərbçisi Ukraynada zərərsizləşdirilib.

Qaynarinfo xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahı məlumat yayıb.

Bundan başqa, hücum edən tərəfin 1 293 ədəd tankı, 3 166 ədəd zirehli döyüş maşını, 604 ədəd artilleriya sistemi, 204 ədəd RYAS-i (reaktiv yaylım atəş sistemi), 93 hava hücumundan müdafiə sistemi, 204 ədəd hərbi təyyarəsi, 170 ədəd helikopteri, 110 qanadlı raket, 2 206 ədəd nəqliyyat vasitəsi və avtoçən, 13 ədəd gəmi/kateri, 476 ədəd dronu və 43 ədəd xüsusi texnikası məhv edilib.

Aydın