Xəbər lenti

Dünya 20:02 16.09.2023

"Rusiyanın Ukraynadakı uğursuzluğu bütün Avropa üçün vacibdir" - Norveçin müdafiə naziri

"Norveç NATO-nun digər müttəfiqləri ilə birlikdə Ukraynaya Rusiyanın işğalına qarşı mübarizədə lazım olduğu müddətcə dəstəyini davam etdirəcək. Rusiyanın Ukraynaya təcavüzünün iflasa uğraması bütün Avropa təhlükəsizlik sistemi üçün vacibdir".

Qaynarinfo müxbiri xəbər verir ki, bunu Norveçin müdafiə naziri Byorn Arild Qram bu gün Osloda Alyans ölkələrinin müdafiə rəisləri (qərargah rəisləri) səviyyəsində illik NATO konfransının açılışı zamanı deyib.

"NATO müttəfiqləri olaraq, Rusiyanın təcavüzünə qarşı müdafiəsini dəstəkləməkdə Ukraynanın yanındayıq. Rusiyanın Ukraynaya müdaxiləsinin uğursuz olması həm Ukrayna, həm də Avropa təhlükəsizliyi üçün vacibdir. Norveçin Ukrayna müdafiəsinə dəstəyi möhkəm olaraq qalır və biz hərbi və mülki yardım göstərməyə davam edəcəyik. Norveçin bütün siyasi partiyaları arasında Ukraynaya dəstək üçün Nansen proqramı vasitəsilə 5 il müddətinə hesablanmış təxminən 7,5 milyard avro dəyərində Ukraynaya çoxillik dəstək proqramı ətrafında siyasi razılaşma var”, deyə nazir bildirib.

O qeyd edib ki, Norveç də NATO-nun bu il Alyansın Vilnüsdə keçirilən sammitində qəbul edilmiş Ukraynaya uzunmüddətli dəstək proqramını dəstəkləyir. Belə ki, müttəfiqlər Rusiyanın işğalına qarşı mübarizədə lazım olduğu qədər Ukraynanın yanında olmağa davam etməlidirlər.

Eyni zamanda, Byorn Arild Qram NATO-nun bütün Şimal regionunun təhlükəsizliyinin təmin edilməsində səylərinin vacibliyini vurğulayıb və Finlandiyanın və tezliklə Alyansın şimal bölgəsində təhlükəsizliyini gücləndirmək üçün artıq qüvvələrini birləşdirən İsveçin də Alyansa üzv olmasını alqışlayıb.

"NATO Norveçin təhlükəsizlik siyasətinin əsası olaraq qalır. Region qlobal rəqabət meydanına çevrildikcə Şimalın yüksək enliklərinin əhəmiyyəti getdikcə artır. Rusiyanın çoxlu sayda nüvə potensialı, onların daşıyıcıları da daxil olmaqla, Kola yarımadasında yerləşir. Bu imkanların əhəmiyyəti Rusiyanın kommersiya imkanlarının azalması ilə mütənasib olaraq artır. Yüksək enliklərin təbii ehtiyatlarının bolluğu təkcə Norveç və ya Rusiya üçün deyil, hamımız üçün vacibdir. Buna görə də region ölkələrinin bu sərvətlərdən bu gün istifadə etmək və gələcək nəsillər üçün qoruyub saxlamaq üçün ortaq məsuliyyəti var”, deyə Norveçin müdafiə naziri qeyd edib.

Aydın



Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->