
Vyetnamın paytaxtı Hanoyda mütəmadi daşqınların baş verdiyi ərazidə suyun səviyyəsinin dəyişməsinə uyğun hərəkət edən üzən evlərdə yaşayan insanlar gündəlik həyatlarını davam etdirirlər. Qeyri-adi yaşayış məskəni daşqın təhlükəsinə uyğunlaşmaq və sakinlərin həyatını asanlaşdırmaq məqsədilə diqqət çəkir.
Qaynarinfo xəbər verir ki, bu barədə Türkiyənin “Milliyet” qəzeti məlumat yayıb.
Ərazidə suyun səviyyəsi yüksəldikdə küçələr çaylara çevrilir, adi yollar və səkilər isə əlçatmaz olur. Belə şəraitdə üzən evlər sakinlərə daşqınların yaratdığı çətinliklərə uyğunlaşmağa və gündəlik fəaliyyətlərini davam etdirməyə imkan verir.
Su üzərində yerləşən bu evlər ərazidə tez-tez təkrarlanan daşqınlara qarşı alternativ yaşayış forması kimi diqqət çəkir. Sakinlər su səviyyəsindəki dəyişikliklərə baxmayaraq, həm yaşayışlarını, həm də işlərini davam etdirməyə çalışırlar.
Üzən evlər daşqın riskinin yüksək olduğu ərazilərdə insanların təbiət şəraitinə uyğunlaşmasının maraqlı nümunələrindən biri hesab olunur. Bununla belə, yaşayış məskəninin tikintisi, təhlükəsizlik tədbirləri və sakinlərin sayı ilə bağlı əlavə məlumat verilməyib.
Aydın