Xəbər lenti

Sürücü sərnişindən küsdü, avtobusu sürməkdən imtina etdi (VİDEO)
Ölkə13:38 16.10.2026

Sürücü sərnişindən küsdü, avtobusu sürməkdən imtina etdi (VİDEO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Xırdalan-Bakı marşrutu üzrə fəaliyyət göstərən avtobusda sərnişin və sürücü arasında narazılıq yaranıb.

Qaynarinfo Baku.ws-ə istinadən xəbər verir ki, 119 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobusun sürücüsü ilə sərnişinlərdən biri arasında mübahisə baş verib.

Sərnişinlərin bildirdiklərinə görə, yaranan gərginlik səbəbindən sürücü küsərək idarəetməni müvəqqəti olaraq dayandırıb və avtobusu saxlayıb.

Mübahisəyə səbəb olan sərnişin nəqliyyat vasitəsini tərk etdikdən sonra sürücü işinə geri dönüb və avtobusun hərəkəti bərpa olunub. Hadisə digər sərnişinlərin narazılığına və vaxt itkisinə səbəb olub.