Xəbər lenti

Dünya 17:42 22.06.2022

Rusiyanın Xarkova yeni raket hücumu nəticəsində 15 nəfər həlak oldu (FOTOLAR)

Rusiya qoşunları Ukraynanın ikinci böyük şəhəri olan Xarkov və onun ətrafına raket zərbələri endirib, nəticədə ən azı 15 nəfər həlak olub. 
 
Qaynarinfo "Reuters” xəbər agentliyinə istinadla xəbər verir ki, bu barədə rəsmi Kiyev məlumat yayıb.

Ukrayna rəsmiləri Xarkov vilayətində baş verən partlayışlarda 15 nəfərin öldüyünü, 16 nəfərin yaralandığını, gecə və çərşənbə səhəri zərbələr nəticəsində daha artıq itki qeydə alındığını bildirib. Ukrayna prezidentinin müşaviri Oleksey Arestoviç video-müraciətində bildirib ki, Rusiya qüvvələri əhalini terror etmək məqsədi ilə əvvəllər Mariupolu vurduqları kimi indi də Xarkov şəhərini vururlar:

"Əgər onlar bunu etməyə davam etsələr, biz reaksiya verməli olacağıq və artilleriyamızı hərəkətə gətirməyə məcbur olacayıq. Kremlin məqsədi bizim diqqətimizi yayındırmaq və qoşunları cəbhədən ayırmağa məcbur etməkdir”.

Qeyd edək ki, bundan əlavə Rusiya Ukraynanın cənubundakı Nikolayev şəhərinə də 7 raket zərbəsi endirib.

Nurlan Hüseynov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->